Kürdəmirdə sürücü qadın sərnişini döydü

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

Sherg.az APA-ya istinadla xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Tubu Musa qızı Kərimovanı döyüb hədələyərək, üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

Faktla bağlı araşdırma aparılır.