100 nəfər məşhur yazarın evindən çıxa bilməyib 

Məşhur dedektiv yazar Agata Kristinin İngiltərənin cənub-qərbində, Devon bölgəsindəki “Greenway House” adlanan evində 100 nəfər köməksiz vəziyyətdə qalıb. Buna səbəb şiddətli fırtınadır. Səhər saatlarından başlanan fırtına yazıçının evini ziyarət edənləri qəfil yaxalayıb.

 Fırtına səbəbindən ağaclar yıxılıb, yollar bağlanıb. Ziyarətçilərə zəruri ehtiyaclarını ödəmək üçün evin əməkdaşları yardım edib. Onları isti çaya qonaq ediblər. Bir müddət sonra yerli xilasedicilər ziyarətçilərin köməyinə gəlib. Nəhayət onlar evi tərk edə biliblər.