Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2022-ci ilin sentyabrında Londonda Kraliça II Elizabetin dəfnindən sonra ABŞ prezidenti Co Bayden və onun nümayəndə heyətini daşıyan Air Force One təyyarəsi ilə ABŞ-ə qayıtmaq istədiyi, lakin bu tələbin Ağ Ev tərəfindən rədd edildiyi məlum olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, ABŞ rəsmiləri kral ailəsinin digər üzvləri ilə uzaq münasibətdə olan cütlüyün daşınmasının Vaşinqtonla yeni Kral III Çarlz arasında problem yarada biləcəyindən narahat olublar.
Xatırladaq ki, cütlük 2020-ci ildə Kaliforniyada yaşamaq üçün kral ailəsini tərk edib.
Mənbə: Hürriyət qəzeti