Rusiyanın Saxalin vilayətindəki Kuril adalarında yerləşən Ebeko vulkanında partlayış baş verib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada vulkanın 3 kilometr hündürlükdə kül və tüstü səpdiyi, tüstünün isə şimal-şərq istiqamətində 5 kilometrə qədər yayıldığı bildirilib.
Həmçinin açıqlamada külün yaşayış məntəqələrinə çatmadığı və dinc sakinlər üçün təhlükə olmadığı vurğulanıb.
Qeyd edək ki Ebeko vulkanı ötən il yenidən işə düşüb və kül yaşayış məntəqələrinə çatıb.
Xatırladaq ki, vulkanın sonuncu püskürməsi iyulun 13-də baş verib.
Mənbə: Haber Global