CHP sədri Kamal Kılıçdaroğlu "Cümhuriyyət" qəzetinə açıqlamasında keçmiş ittifaq ortağı, İYİ Partiya lideri Akşenerin tənqidlərinə cavab verməyib. Kılıçdaroğlu, "Əgər suallara Akşenerin sözlərinin təfsiri əsasında cavab versəm, ona qarşı hörmətsizlik və kobudluq etmiş olaram" deyib.
Sher.az türk mediasına istinadən xəbər verir ki, CHP sədri bildirib ki, anketlər yerli seçkilərə eyni namizədlərlə qatılacaqları təqdirdə qalib gələcəklərini göstərir. Kılıçdaroğlu, "CHP-nin əlindəki bələdiyyələri qazanmaq və yeniləmək üçün yeni hekayə yazması lazım olduğuna dair şərhlər var. Mart ayında keçiriləcək yerli seçkilərə qədər CHP yeni hekayə yaza biləcəkmi?" sualına belə cavab verib:
"Biz 2024-cü il seçkilərinə də eyni yanaşma ilə gedəcəyik. Baxın, 2019-cu il yerli seçkilərində qalib gələn namizədlərimizin demək olar ki, böyük şəhərdən tutmuş şəhər bələdiyyəsinə qədər, demək olar ki, hamısı dəstəklərini artırıb. Araşdırmalar göstərir ki, əgər onlar seçkilərdə namizəddirlərsə 2024-cü il seçkilərində 2019-cu ildəkindən daha çox səs alacaqlar”.