Fransada məktəblərdə əba qadağan olundu

Fransada islami geyim növü olan əbanın məktəblərə geyinilməsinə  qadağa qoyulub. Qərarın icrasına sentyabrın 4-də başlanacaq.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransanın təhsil naziri Qabriel Attal dövlət məktəblərində müsəlman qız tələbələrin üstünlük verdiyi “çarşaf və aba” kimi paltarların geyinilməsinin qadağan ediləcəyini açıqlayıb.

Attal qərarın sentyabrın 4-də yeni tədris ilinin başlaması ilə qüvvəyə minəcəyini açıqlayıb.

Fransa mətbuatına açıqlama verən Attal, "Sinifə girəndə tələbələrin dinini sadəcə onlara baxmaqla anlaya bilməzsən" deyib. Bu səbəbdən də, Attal artıq məktəblərdə İslami paltar olan abanın geyilməməsinə qərar verildiyini bildirib.

Fransada 2004-cü ildə məktəblərdə hicab, 2010-cu ildə isə ictimai yerlərdə hicab taxmaq qadağan edilib.