Quranın yandırılmasına qarşı çıxan şəxsə polis müdaxilə edib - FOTO

Pakistanlı Malik Şahza İsveçin paytaxtı Stokholmda göz yaşları içində Quranın yandırılmasının qarşısını almağa çalışarkən polis müdaxiləsinə məruz qalıb. Sherg.az  xarici KİV-lərə istinadən xəbər verir ki, Malik Şahza bu hücumların onun yuxusunu qaçırdığını bildirib.

O, İraq əsilli Salman Momikanın Pakistan səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına reaksiya verib. 


Şahza mühafizə xəttinin arxasından Momikaya qışqıraraq, "lütfən, Quranı yandırma, yaxşı iş deyil, özümü yaxşı hiss etmirəm, yata bilmirəm. Niyə Quranı yandırmağa davam edirsən.Sən mənim evim sayılırsan Pakistan Səfirliyinin qarşısında niyə Quranı yandırırsan.Xəstəyəm,yata bilmirəm,bunu dayandır. Niyə polis buna icazə verir?” deyə etirazını bildirib.

Bu zaman polis tərəfindən susdurulan və ərazidən uzaqlaşdırılan Şahza qısa müddətə saxlanılıb.

Ürək xəstəsi olan Şahza sərbəst buraxıldıqdan sonra Qurani-Kərimə hücumların onun səhhətini pisləşdirdiyini deyib:

"Momikadan Quranı niyə yandırdığını soruşdum. Bunun yaxşı olmadığını dedim və Quranı yandırmağı dayandırmasını istədim. İsveç siyasətçilərinin Quran yandırmasını dayandırması lazımdır. Dünyanın hər yerindən reaksiyalar var. Bura İsveçdir, yaxşı deyil”.

Aksiyadan sonra Momika zirehli polis maşını ilə hadisə yerini tərk edib və onu 10-u zirehli olmaqla 20 polis maşını və 100-ə yaxın polis əməkdaşı müşayiət edib.