Almaniyada “Ramşteyn formatı”nın növbəti görüşü başlayıb

Almaniyada Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - “Ramşteyn formatı”nın növbəti görüşü başlayıb.

APA xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Qeyd olunub ki, görüş Almaniyanın Ramşteyn Hava Bazasında keçirilir. ABŞ müdafiə naziri Lloyd Ostin tədbirin açılışında çıxış edərək bildirib ki, “Abrams” tankları tezliklə Ukraynaya çatdırılacaq.

Qeyd edək ki, Ukraynanın yeni müdafiə naziri Rustem Umerov da görüş iştirakçıları arasında yer alır və bu onun ilk iştirakıdır.