Yəhudi təşkilatı Kanadanı nasist cinayətkarları haqqında daha çox məlumat verməyə çağırır


"Kanada hakimiyyəti parlamentdə ukraynalı nasistin şərəfləndirilməsi ilə bağlı qalmaqalı nəzərə alaraq, ölkədə gizlənən nasist cinayətkarları haqqında daha çox məlumat açıqlamalıdır".

"Report" Bunu CBC telekanalında ən məşhur və ən qədim yəhudi ictimai təşkilatlarından biri olan "Bney-Brit"in yerli bölməsinin hüquqşünas-məsləhətçisi Devid Matas deyib.

"Əgər həqiqətən keçmişdən dərs almaq istəyiriksə, qatillərin nə etdiklərini və ədalətdən necə qaçdıqlarını öyrənməliyik. İndi biz bu dərsi tam öyrənə bilmirik, çünki bu qeydlər açıqlanmamışdır", - deyə o qeyd edib.

Matas qeyd edib ki, söhbət 1986-1987-ci illərdə İkinci Dünya müharibəsi zamanı hərbi cinayətlər törədən və Kanadaya sığınan şəxslərlə bağlı araşdırma aparan Jyül Deşen komissiyasının hesabatından gedir.

Hesabatın böyük hissəsi, o cümlədən 240 hərbi cinayətkarın siyahısı açıqlanmayıb. Komissiyanın işi nəticəsində Kanada parlamenti cinayət məcəlləsinə ölkədən kənarda törədilmiş hərbi cinayətlərə dair işlərə məhkəmələrə baxmağa icazə verən dəyişiklikləri təsdiqləyib.

Məhkəmə qərarı ilə təqsirli bilinənlər deportasiya edilə və Kanada vətəndaşlığından məhrum edilə bilər. Bununla belə, heç kim mühakimə olunmayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfəri zamanı “Qalisiya” SS diviziyasının keçmiş əsgəri 98 yaşlı Yaroslav Hunkanı salamlayıb.

İkinci Dünya müharibəsi illərində Birinci Diviziya Ukrayna könüllüləri arasından toplanmış faşist Almaniyasının qoşunlarının taktiki quruluşu idi. Zelenski ilə birlikdə nasisti Kanadanın baş naziri Castin Trüdo da salamlayıb.

Nəticədə hər iki liderin bu addımı müzakirələrə səbəbə olub və bir sıra dövlət rəsmiləri baş vermiş hadisəni İkinci Dünya Müharibəsi zamanı baş vermiş rasizmin dəstəklənməsi kimi qiymətləndirib. Daha sonra Kanada parlamentinin spikeri Entoni Rota nasisti qanunverici orqana dəvət edilməsi və onu tərifləməsi qalmaqalı fonunda istefa verdiyini bildirib.