Yelləncəkdən yıxıldı, sərvət qazandı: Başı 180 dərəcə fırlanan adam  - FOTOLAR

O, başqa uşaqlar kimi parkda qaçıb oynayırdı. Nə oldusa, yelləncəkdən yıxılandan sonra oldu, pis yıxıldı. Yerdən qalxanda başını çevirmək istəsə də, bayquş kimi başı arxaya dönürdü. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, üstəlik, bu qəribə hərəkəti edərkən nə canı yanırdı, nə də ağrı hiss edirdi. Bu istedad üstəlik ona sərvət qazandırmışdı.

Zəngin olmaq və daha yaxşı yaşamaq istəyən bir çox avropalılar şanslarını ABŞ-da sınayırdılar. Xüsusilə 1920-1930-cu illər sirk və şoularla göz qamaşdıran izdihamlara ev sahibliyi edirdi. Böyük izdihamın diqqətini çəkən adlardan biri də 1885-ci ildə Almaniyanın Nürnberq şəhərində anadan olan tamaşaçı Martin Emmerlinq olub. 1921-ci ildə 36 yaşında ABŞ-a köçən ifaçı, adını dəyişərək Martin Co Laurello olacaq və hərəkətləri ilə hər kəsi heyrətə gətirən unudulmaz bir ada çevriləcəkdi.


Hər şey yelləncəkdən başladı

O, daha yaxşı şəraitdə yaşamaq üçün ölkələrini tərk edən saysız-hesabsız avropalılar arasında idi və həyatının digər yarısını tamamilə yeni bir qitədə keçirməyə qərarlı idi. Onun adını niyə Martin Joe Laurello olaraq dəyişdirdiyi sirr olaraq qalsa da, çoxları bu soyadın dövrün şərtlərinə görə immiqrasiya prosesində ona verildiyini düşünür.

O, özünəməxsus bir istedada malik olduğunu anlayanda kiçik uşaq idi. Yelləncəkdən yıxılanda başını çevirməyə çalışdı və təəccüblü şəkildə başını hətta 180 dərəcədən çox çevirə bildiyini gördü. Üstəlik, bu qəribə hərəkəti edərkən heç bir ağrı hiss etmədi.

BU YOLLA SƏVVƏT QAZANDI

Onu bir çoxlarından fərqləndirən  bu qeyri-adi istedadı hələ uşaq ikən kəşf edən Laurello bundan istifadə etmək qərarına gəlib. ABŞ-da həyatının ilk 3 ilində dövrün məşhur şoularında çıxış etmək əzmində olan Laurello istedadı ilə şöhrət pillələrini sürətlə fəth etdi. Maraqlı şoulardan külli miqdarda pul qazanan Laurello sadəcə başını 180 dərəcə çevirməklə sərvət qazanmışdı.

21 yaşında Laurello sirk şoularında iştirak etdi və tez bir zamanda sensasiyaya çevrildi. Onun başını 180 dərəcə çevirdiyini görən tamaşaçılar məəttəl qalıblar. Tamaşa elə qurulub ki, insan boynunun məhdudiyyətlərinə meydan oxuyaraq, insan başı irəli baxarkən tamamilə dönür. Laurellonun şousu tez-tez teatr hekayələri ilə müşayiət olunurdu. Onun çıxışlarında dram və intriqa elementi də vardı. Verilişlərdə o, izləyicilərə qisasçı cadugərin lənətinin ona başını çevirmək qabiliyyəti verdiyini söyləyirdi. O, bu sirli hekayəsi ilə tamaşaçıları valeh edirdi.

Laurello ilk şousunu Nyu-Yorkun cənubundakı Coney adasındakı Dreamland Circus Spectacular-da nümayiş etdirdi. O, ilk dəfə burada "Bayquş adam" və "İnsan bayquş" kimi ad qazandı. 1930-cu illərdə onun haqqında belə deyirdilər: “Dünyada düz yeriyən, arxaya düz baxa bilən yeganə insan”.

"İnsan bayquş"un başını 180 dərəcə çevirə bilməsinin sirri çoxlu fərziyyələrə səbəb olub. Bəzi ifaçı yoldaşlarının fikrincə, Laurello bu xüsusi qabiliyyətə nail olmaq üçün bir neçə onurğa sümüyünü qurban verib! Başqa bir fikrə görə, o, anadangəlmə qüsurlu onurğa quruluşuna malik idi.

Laurello bilet alan hər hansı bir tamaşaçı üçün ulduz olsa da, onun şəxsi həyatı əslində aşağıya doğru bir istiqamət alırdı. Laura Precht adlı qadınla ailə quran Laurellonun Aleksandr adlı oğlu olub, lakin evliliklərindəki problemlərə görə tezliklə boşanıblar.

Tezliklə Emilie Wittl adlı qadınla evlənən və bu arvaddan iki oğlu dünyaya gələn Laurellonun bu evliliyi də bədbəxtliklə bitəcəkdi. Oğullarını və arvadını tərk edən Laurello 1931-ci il aprelin 30-da həyat yoldaşının rəsmi şikayəti əsasında polis tərəfindən həbs olunacaqdı.

Ondan şikayət edən tək ikinci arvadı deyildi. Keçmiş həmkarı Percilla Bejano da polisə Laurello haqqında qəbuledilməz şeylər söylədi. Bejano kütlələri valeh edən Laurellonun əslində nasist rəğbəti olduğunu və ABŞ-a qarşı yaxşı hissləri olmadığını və az qala ölkəyə düşmən olduğunu iddia edib.

Bir çox əyləncəçilər kimi, 20-ci əsrin ortalarında ifaçılıq fəaliyyətinin azalması ilə Martin Co Laurellonun şöhrəti getdikcə azaldı. Cəmiyyətin əyləncəyə münasibəti inkişaf etdikcə ənənəvi sirk tamaşaları populyarlığını itirməyə başladı və “Bayquş adamı” da daxil olmaqla bir çox nadir tamaşalar daha az diqqət çəkdi.

Qısa müddət ərzində diqqət mərkəzində olmasına baxmayaraq, Martin Joe Laurello şou və əyləncə tarixində qalıcı təsir bağışladı. Onun heyrətamiz başını çevirmək bacarığı bütün dünyada tamaşaçıları ovsunladı. Dövrün şou-biznesini müəyyən edən önəmli sima olsa da, tez bir zamanda şöhrətini itirdi. Lakin onun istedadı adını tarixə yazmağa kifayət edirdi.