SON DƏQİQƏ: MİT PKK-nın əyalət liderini zərərsizləşdirdi

MİT terror təşkilatı PKK/KCK-nın qırmızı kateqoriyasında axtarılan qondarma Kərkük vilayətinin rəisi Remzi Avcını İraqın şimalında- Süleymaniyyədə zərərsizləşdirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, MİT 1992-ci ildən Türkiyəyə qarşı birbaşa silahlı fəaliyyətlər həyata keçirən “Çiya Amed” kod adlı Remzi Avcının bütün fəaliyyətini diqqətlə izləməyə başlayıb. 

MİT terrorizmlə bağlı qırmızı siyahıda olan terrorçunun sensasion hərəkətləri ilə İraqın şimalındakı əməliyyat bölmələrinə itki verməyi hədəfləyən silsilə fəaliyyəti aşkarlayıb.

Avcının təhdid səviyyəsi artdıqca MİT fəaliyyət göstərməyə qərar verdi. Sözdə Kərkük əyalət müdiri olduğu üçün sərhədin 222 kilometr dərinliyində gizlənən terrorçu MİT-in sahə agentlərinin ani müdaxiləsi ilə həyata keçirilən xüsusi əməliyyatda zərərsizləşdirilib.

Bildirilib ki, PKK bir əyalət liderinin öldürülməsi ilə baza arasında yaranacaq qorxu və ruhsuzluğu aradan qaldırmaq üçün sözügedən sui-qəsdi gizlətməyə çalışıb.