Rusiya Yaponiya ilə nüvə silahlarının azaldılması müqaviləsini ləğv edəcək

Rusiya Yaponiyanı nüvə silahlarının azaldılması sahəsində əməkdaşlığa dair ikitərəfli sazişin ləğvi barədə xəbərdar edib.

"Report"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Yaponiya hökuməti ilə nüvə silahlarının azaldılması sahəsində əməkdaşlığa dair saziş 2024-cü il mayın 21-də ləğv ediləcək.