SON XƏBƏR: Müddətin bitməsinə 10 dəqiqə qalmış yenə atəşkəs elan edildi

İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsi razılaşması yenidən uzadılıb. İsrail ordusu daha çox girovu azad etmək üçün atəşkəsin qorunacağını açıqlayıb.

Sherg.az türk meddiasına istinadən xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamada atəşkəsin uzadılmasının bir günlük olduğu bildirilib. Dörd gündür başlayan atəşkəs və əsir mübadiləsi razılaşması iki gün uzadılaraq altı günə çatdırılıb.

Həmas və İsrailin ilk atəşkəs uzatması bəyanatı atəşkəsin bitməsinə saatlar qalmış edilib. Qətərin paytaxtı Dohada mərkəzləşən atəşkəs danışıqlarının ikinci dəfə uzadılacağı xəbəri razılaşmanın müddətinin bitməsinə 10 dəqiqə qalmış gəlib.

Qəzzada İsrail-Həmas atəşkəsi Türkiyə vaxtı ilə səhər saat 8-də başa çatmalı idi.

HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində tərəflər qarşılıqlı olaraq məhbusları azad edir. Həmas altı günlük atəşkəs çərçivəsində 70 israilli girovu azad edib. İsrail həbsxanalarında saxlanılan 210 fələstinli qadın və uşağı azad edib.