İsrail qırıcıları HƏMAS mövqelərini vurdu

İsrail ordusuna məxsus qırıcılar HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Qeyd edək ki, bu gün İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.