Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək

Bu gün Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək məqsədilə Belçikaya gedib. Məlumata görə, NATO Baş qərargahında aparılacaq müzakirələrdə Gürcüstanın inteqrasiya məsələlərinə, həmçinin Gürcüstanda və regiondakı təhlükəsizlik vəziyyətinə diqqət yetiriləcək.

Gürcüstan nümaayəndə heyətinə parlamentin müxtəlif komitə sədrləri daxildir.