Darmadağın edilmiş müxalifət: Putinə alternativ var?

Vladimir Putin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Bunu Rusiya Prezidenti bunu Rusiya qəhrəmanlarının mükafatlandırma mərasimində elan edib.
Qeyd edək ki, bu gün Rusiya MSK səsvermə tarixlərini təsdiqləyib. Rusiyada ilk dəfə prezident seçkiləri üç gün olacaq. Belə ki, seçkilər martın 15-dən 17-dək keçiriləcək.



Məsələ ilə bağ "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Rusiya Federasiyası  Ukraynada apardığı işğalçı müharibə nəticəsində bütün dırnaqarası analitiklərinin dediklərinin əksinə olaraq hakimiyyətini daha da möhkəmləndirdi: 

"Feodal rejimlərdə, hakimiyyət retfikalını möhkəmləndirmək üçün zəruri şəkildə  həmişə xarici qüvvə və xaricindən kənar elementlər vacibdir. Hansıkı Rusiya da feodal rejim hökm sürür. Digər tərəfdən Rusiya, İran, Şimali Koreya və başqa ölkələr elə siyasi struktura malikdirlər ki, kənardan embarqolar nə qədər artırsa, cəmiyyətin içində təmərküzləşmə bir o qədər güclənir. Çünki Vladimir Putin vətəndaşlara Rusiyaya tətbiq olunan sanksiyaları hakimiyyətə qarşı olan cəza mexanizmi kimi təqdim etmir. O, Rusiya vətəndaşlarına bildirir ki, həmin təzyiqlər bütövlükdə rus xalqına qarşı yönəlib. Məhz Qərbdəki siyasətçilər primitiv və aqressiv bəyanatlarlarında qeyd edirlər ki, biz rusiyalıları cəzalandırmışıq. Bunun nəticəsində isə Rusiya Prezidenti öz hakimiyyətini daha çox gücləndirdi. Eyni zamanda Putin Rusiyada olan müxalif düşərgəni faktiki olaraq yandırılmış səhraya döndərib. Yəni orada güclü müxalif qüvvələrin hamısı darmadağın edilib. Ona görə də Putinə qarşı real olan bir rəqib yoxdur. Təbii ki, təxminən seçkilərdə 6-7 namizəd olacaq. Amma bunların hamısı seçkidə  formal görüntü yaratmaq məqsədi daşıyacaq. Növbəti Prezidenti seçkilərində yenidən Putinin seçilməsi yüz faizdir".