Baydenin blefi: Seçki qabağı kampaniya aparılır?

ABŞ Prezidenti Co Bayden göstərilən dəstəyə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itkilərin artması fonunda İsrail Baş naziri Benyamin Netanyahunu açıq şəkildə qınayıb.
Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“Biz israillilərə aydın şəkildə başa saldıq ki, günahsız fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Onlar günahsız mülki şəxslərə zərər verməməli və onları öldürməməlidir”, - Bayden bildirib.
ABŞ prezidentinin bu addımı oktyabrda münaqişə başlayandan bəri ən kəskin tənqidi olub.

Məsələ ilə əlaqədar "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, Co Baydenin bu açıqlaması seçki qabağı olan bir blefdir:

"Amerika Birləşmiş Ştatlarında kifayət qədər İsrail əleyhdarları var. Onlar seçkidə konfidensial səslərə malikdirlər. Eyni zamanda hazırda Bayden və Tramp arasında səs faizi ikincinin xeyrinə olmaqla 4 faiz artıqdır. Bu isə administrasiyanı qorumaq prizmasından çox ciddi problemdir. Ona görə də həmin problemi həll etmək lazımdır. Yəni seçici kütləsini əldə etmək gərəklidir. Bu məsələ Birbaşa olaraq buna hesablanmış bir addımdır, əks halda Bayden belə yanaşma sərgiləyəcək şəxs deyil. Kənar qüvvələrin isə buna heç bir reaksiyası olmayacaq".