Avrokomissiyanın rəhbəri Ursula fon der Leyen tərəfindən aparılan ticarət siyasəti Fransa üçün fəlakətlidir.
Bunu Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo X şəbəkəsində yazıb.
“AB bizi öldürür! Dekabrın 18-də Ursula qürurla elan etdi ki, o, yeni AB azad ticarət sazişi imzalayır, bu dəfə Keniya ilə... AB bizim ölməyimizi istəyir! Gəlin, onu tez məhv edək və özümüzü azad edək!” – o bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Avropa Birliyini bir qurum olaraq Aİ-yə qəbul olan dövlətlərin siyasi, iqtisadi baxımından birgə fəaliyyətini təmin edir:
"Fransa burada siyasi lokomotiv rolunu oynayır. İqtisadi tərəfdən daha çox Almaniya öndədir. Qərarları isə təkcə Fransa vermir. Qərarlar alınan zaman digər üzv dövlətlərin də mütləq şəkildə fikir və səsi lazımdır. Fransadan belə açıqlamaların gəlməsi Afrikanı özünə tərəfdaş etmək istəməməsindən irəli gəlir. Digər tərəfdən Fransa Avropa İttifaqına daxil olan, amma rəsmi Paris qədər inkişaf etməyən ölkələrin ümumi Avropa büdcəsinə gələn puldan bəhrələnməsini arzu etmir. Avropa İttifaqında vahid siyasi-strateji və iqtisadi xətti bir neçə il ərzində qəbul etmirlər. Bunun üçün uzun müddət lazımdır. Eyni zamanda Fransa yavaş-yavaş Avropa İttifaqından çıxmaq meyillərini də ortaya qoya bilər. Amma Avropa İttifaqının himayəçisi olan güclər Fransanın rahatlıqla birlikdən çıxmağa qoymayacaq. Fransa Avropa İttifaqından çıxması onun bir heçə bərabər olması deməkdir. Fransa bəlkə də İngiltərənin yolunu getmək arzusundadır, amma bu müsbət nəticə verməyəcək".