ABŞ İranın Sudan vətəndaş müharibəsindəki rolundan narahatlıq keçirir.
bu sözləri ABŞ Dövlət Departamentinn nümayəndəsi Con Qodfri deyib.
“İran və Sudan münasibətlərinin bərpa olunduğuna dair məlumatlar var. İran hətta Sudanın Silahlı Qüvvələrinə maddi dəstək verir. Əslində, bu çox ciddi problemlidir və bizim üçün dərin narahatlıq doğurur”, - o bildirib.
Qeyd edək ki, Sudanda baş verən vətəndaş müharibəsində Sudan ordusunun rəhbəri Əbdül Fəttah əl-Bərhan keçmiş müavininin komandanlıq etdiyi Çevik Dəstək Qüvvələrinə qarşı mübarizə aparır.
Qodifrinin fikirlərinə münasibət bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a söyləyib ki, Sudanda İranın maraqları əvvəllər də təmin olunub:
“Ərəb baharı inqilabından sonra Sudanın ikiyə bölünməsi ölkədə vəziyyəti gərginləşdirdi. Yəni Sudan xristian, müsəlman əlamətlərinə görə ikiyə bölündü. Ölkənin Cənubu neftlə zəngindir və xrisitianların payına düşüb. Həmçinin Cənub hissəyə ABŞ başda olmaq Qərb himayədarlıq edir. Şimal isə müslmanların əlində qalıb. Yəni şimaldakı hakimiyyət cənubu qəbul etməyib. Mübarizənin əsasında da bu dayanır. Sudan ölkəsində dini lider əvvəllər Həsən Əbu-turabi idi. O, öldükdən sonra Sudanda İslam Müqavimət Hərəkatında müəyyən geriləmər oldu. Tehran hakimiyyəti isə boşluğu doldurmaq üçün vəziyyətdən istifadə etməyə çalışır. Ümumiyyətlə isə Sudanın şimalındakı hakimiyyətin İranla yaxınlaşması Qərbi narahat edir. Bu isə Sudanın cənubunun xristian, şimalının isə müsəlman olması ilə əlaqəli deyil. Məsələ regionda Sudan kimi bir ölkə üzərində nəzarəti əldə saxlamaq və neft sanayesinə nəzarət etməkdən ibarətdir. Buna görə də Sudandakı vətəndaş müharibəsində İranın rolunun artması Qərbin maraqlarına zərbə vurur”.