İsrailin hücumları səbəbindən itkilərin günü-gündən daha da ağırlaşdığı Qəzza bölgəsində bu həftə 10 uşaq aclıq və susuzluqdan həyatını itirib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam etdikcə bölgədə humanitar böhran günü-gündən dərinləşir. Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada, Kemal Advan Xəstəxanasında qida çatışmazlığı və susuzluqdan daha 4 uşağın öldüyü bildirilib.
Qeyd edək ki, Qəzza zolağında bu həftə aclıq və susuzluqdan həyatını itirən uşaqların sayı 10-a yüksəlib.
Xatırladaq ki, Fələstin rəsmiləri bu həftənin əvvəlində xəbərdarlıq etmişdilər ki, kifayət qədər humanitar yardım Qəzzanın bütün bölgələrinə çatmasa, yaxın günlərdə minlərlə insan aclıqdan ölə bilər.