Moskvanın qorxulu yuxusu: NATO təlimlərə başladı

Bu gün Şimali Atlantika Alyansının (NATO) “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır.
KİV-də yayılan məlumatlara əsasən təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir.
Manevrlərə Norveç rəhbərlik edir. Təlim martın 15-dək davam edəcək.
Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.
“Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.

Mövzu ilə əlaqədar “Sherg.az”a açıqlamasında tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Rusiya sərhədlərinə ən yaxın məsafədə olan Finlandiyada belə təlimin keçirilməsi Moskvanın qorxulu yuxusudur:

“Ukrayna müharibəsinin başlamasının ən başlıca səbəbi rəsmi Kiyevin Alyansa yaxınlaşması, Avropalaşması və Rusiya sərhədlərində NATO ölkəsi olmaq bəhanəsi idi. İndi isə Rusiya Prezidentinin doğma şəhəri olan Sankt-Peterburq ilə tam sərhəddə olan Finlandiya NATO-ya üzv olub. Eyni zamanda NATO ilə genişmiqyaslı təxribata başlayıb. Rusiya tərəfindən cavab gözlənilə bilər. Bu cavab tədbiri nəticəsində Litva, Latviya, Estoniya və Finlandiyaya Rusiya iddia qaldıra bilər. Hətta bu gün Rusiyanın keçmiş Prezidenti və baş naziri Dmitry Medvedevin nitqi səsləndi. Bütün beynəlxalq hüquq normalarına zidd olan Dmitri Ukraynanın rus torpaqları odluğunu iddia etdi”.