Moskva: NATO təlimi Rusiya ilə münaqişə məşqinə bənzəyir

Rusiya Prezidenti Vladimir Putinin yüksək səviyyəli müttəfiqlərindən olan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO- nun davam edən təlimi ilə bağlı açıqlama verib. 
“Sherg.az” İnterfaks xəbər agentliyinə istinadən xəbər verir ki,Patruşev bəyanatında bildirib ki, NATO-nun son hərbi təlimi “Rusiya ilə silahlı münaqişənin məşqi kimi görünür.
Patruşev bəyan edib ki, martın 14-dək davam edəcək təlim sabitliyi pozur və gərginliyi artırır.
Qeyd edək ki, Nordik müdaxilə təlimi, Norveç, İsveç və Finlandiyanın şimalında keçirilir və 13 ölkədən 20 min əsgər iştirak edir. Təlim NATO-nun son onilliklər ərzində keçirdiyi ən böyük “Steadfast Defender 24” təliminin bir hissəsidir və Rusiya sərhədinə qədər bütün ərazilərin müdafiə oluna biləcəyini nümayiş etdirmək məqsədi daşıyır. 
Xatırladaq ki, Türkiyənin iştirakı ilə Polşada NATO-nun növbəti təlimi keçirilir.
Buradakı manevrdə isə 90 min əsgər iştirak edir.