Dünya ABŞ iqtisadiyyatına həsəd aparır - Bayden

ABŞ iqtisadiyyatı bütün dünyanın həsəd predmetidir.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı qarşısında çıxışında deyib.

"Son üç il ərzində 15 milyon iş yeri açılıb və bu rekordddur. İşsizlik son 50 il ərzindəki minimal səviyyəyə düşüb", - o deyib.

Bundan başqa, Bayden ABŞ-də maaşların artmağa davam etdiyini, inflyasiyanın isə get-gedə azaldığını deyib.

"İnflyasiya 9 faizdən 3 faizə düşməklə bütün dünya üzrə ən aşağı həddə çatıb və azalmağa davam edir", - deyə Bayden əlavə edib.