Putinin 8 Mart hədiyyəsi: 52 qadını əfv etdi

Rusiya lideri Vladimir Putin 52 məhbus qadının əfv edilməsi haqda fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, əsasən azyaşlı uşaqları olan qadınlar əfv edilib.

Amnistiyaya düşənlər arasında qohumları müharibədə iştirak edənlər də var.

Qeyd edək ki, bu gün Beynəlxalq Qadınlar Günüdür.