“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Flydubai” aviaşirkəti 30 sentyabrda baş verən hadisədən sonra Təl-Əviv uçuşlarını ikinci bildirişədək müvəqqəti dayandırıb.

APA xəbər verir ki, bu açıqlama ilə şirkətin baş direktoru Qays əl-Qays məlumat verib.

O bildirib ki, uçuşlar səlahiyyətli qurumların tələbi ilə dayandırılıb və aviaşirkət bundan zərər çəkən sərnişinlərin son təyinat məntəqələrinə çatdırılması üçün çalışır.