Bayden Rusiya və Çinin marionetidir - Tramp

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı prezidenti Co Baydeni Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinin marioneti adlandırıb.

Trend xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında Baydenin ABŞ Konqresi qarşısındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Bayden Putinə qarşı durduğunu iddia etsə də, əslində, Rusiya və Çinin, demək olar ki, bütün dünya liderlərinin marionetidir.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək. ABŞ-nin hazırkı prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp da seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.