Analitik: Fransa dövlətində mənəvi-əxlaqi dəyərlər də qalmayıb

Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Özünü dünyanın mədəniyyət incəsənət mərkəzi kimi göstərməyə çalışan Fransa  göstərmək istədiyi mədəniyyətin arxasındakı barbar niyyətini gizlədə bilmir. Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən vandalizm Fransanın vəhşi xislətini bir daha ortaya qoyub. 
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Həmin vaxtdan X.Natəvanın heykəlinin təhqir olunması ilə bağlı məsələ  yerli mediada davamlı müzakirə olunur. 18 -ci əsrin əvvəlində fransız dilini bilən, fransız ədiblərinin heyran qaldığı müsəlman qadının abidəsinin günün günorta çağı vandalizm aktına məruz qalması Fransanın müsəlman qadının irsinə qarşı hörmətsizliyidir. 
 Azərbaycan ictimaiyyəti adından Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul edilib. Azərbaycanın bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimi, vətəndaş cəmiyyəti təmsilçiləri Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırlar. İctimaiyyət abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndirir.

Azərbaycan ictimaiyyəti adından yayılan bəyanatda qeyd olunub ki, Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır. Bildirilib ki, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub: “Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır”.

 Fransanın qərəzli mövqeyini nəzərə çatdıran Politoloq İlyas Hüseynov isə "Sherg.az"a açıqlamasında bu kimi addımların Fransanın  beynəlxalq arenadanüfuzdan salacağını vurğulayıb: 
“Baş verənlər bütövlükdə, ümumbəşəri dəyərə olan mövqedir. Şairənin heykəlinə qarşı törədilən vandalizm ədəbiyyata qarşı həqarətdir. Ədəbiyyatın etnik mənsubiyyəti yoxdur.
Bu gün Fransada edilənlər əsla doğru hesab oluna bilməz. Çünki dəyərlər müqəddəs olmalıdır. Bu gün Fransa həmin dəyərləri qoruya bilmir. Bu isə dünyaya özünü mədəniyyətin, demokratiyanın beşiyi kimi təqdim edən Fransanın imicinə zərbədir. Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün bütün riyakarlıq variantlarına əl atır. AntiAzərbaycan mövqeyini gizlətməyən Fransada Azərbaycan şairəsinin heykəlinin təhqir olunması bu ölkədə  Azərbaycanafobiya və islamafobiyanın dövlət səviyyəsində təşviq edildiyinin bariz nümunəsidir. Görünür, siyasi riyakarlığı ilə ad çıxaran Fransa dövlətində mənəvi-əxlaqi dəyərlər də qalmayıb".