Parisin çırpınışları: Makron savaşın Avropa sərhədlərinə çatmasına mane olmaq istəyir

Fransanın hazırkı rəhbəri Emmanuel Makronun Ukrayna ətrafındakı vəziyyətlə bağlı davranışı təhlükəli nəticələrlə təhdid edir.

 Bunu Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll deyib.

“Makronun Ukrayna ilə bağlı siyasəti Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Bu risk indi həmişəkindən daha böyükdür”, - o bildirib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Pyer de Qollun sözlərində həqiqət payı var: 

“Fransanın Rusiya ilə savaşı alovlandırmağa potensialı var ki? Burada əsas məqsəd Ukraynadakı məğlubiyyətin qarşısını almaq və müharibəninAvropa sərhədlərinə çatmasına mane olmaqdır. Fransa imperiya kimi Afrikada məğlubiyyət yaşamaqdadır. Bu məğlubiyyətlər mərhələsinin qarşısının necə alınması isə bəlli deyil. Rusiyanın silah və əsgər ehtiyyatı Avropadan qat-qat yüksəkdir. Ukrayna üzərindən götürsək qırxa yaxın Qərb ölkəsi Rusiyaya qarşı savaşdı, amma qalib gələ bilmədi”.