Birləşmiş Millətlər Təşkilatının son hesabatı göstərdi ki, dünyada rekord miqdarda elektron tullantı əmələ gəlir. İldə 62 milyon ton olan bu məbləğ adambaşına təxminən 8 kiloqram elektron tullantıya uyğun gəlir. Mütəxəssislər bu məbləğin yalnız dörddə birinin təkrar emala çevrildiyini deyir və “elektron tullantılara qarşı müharibədə uduzuruq” xəbərdarlığını edirlər.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, dünya 2022-ci ildə rekord miqdarda elektron tullantı istehsal edib. Birləşmiş Millətlər Təşkilatı dünyada hər il yaranan elektron tullantıların miqdarının 62 milyon tona yüksəldiyini açıqlayıb.
Mütəxəssislərin fikrincə, hər il milyardlarla elektron cihaz tullantıya çıxır ki, onların da əksəriyyəti istismar müddətinin yarısına belə çatmayıb. Ətraf mühitə təsirləri ilə yanaşı, bu cihazlardakı xammalın dəyərinin 91 milyard dollar olduğu təxmin edilir. Bununla belə, bütün bu elektron tullantıların yalnız dörddə biri təkrar emal olunur.
Elektron cihazlarda plastik və ağır metallar kimi ətraf mühitə son dərəcə zərərli maddələr yayır. Birləşmiş Millətlər Təşkilatının ekspertləri təkrar emal sektoruna və şüurlu istehlaka sərmayə qoymağa çağırır.
Statistikaya görə, 2030-cu ilə qədər elektron tullantıların miqdarının üç dəfə arta biləcəyi bildirilir.