Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyə XİN başçısının müavini Berris Ekinci ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Kostanyan X hesabında məlumat yayıb.
“Ermənistan Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində XİN başçısının müavini Berris Ekinci ilə mühüm görüş keçirdik. Həmçinin mümkün yeni əməkdaşlıqlar üçün sahələrin təyin edilməsi üzrə danışıqlarımız oldu. Bundan başqa, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, – o bildirib.