Türkiyənin Səhiyyə naziri Kamal Memişoğlu Fövqəladə Hallar İdarəsinin operativ qərargahında bildirib ki, İstanbul bölgəsi və onun ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.
Teleqraf xəbər verir ki, xəsarətlərin çoxuna insanların təşviş içində evdən çölə atılması səbəb olub. O, birbaşa İstanbulda 173 nəfərin yaralandığını və qurbanların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını qeyd edib.
Aprelin 23-ü günorta saatlarında İstanbulda 6,2 bal gücündə ilk zəlzələdən sonra 10 afterşokun baş verdiyi bildirilib.