Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin xəbərinə görə, Azad Zeynalova məxsus “KİA” markalı avtomobil qarşıdan gələn Röyal Məmmədovun idarə etdiyi "Hova" markalı betonqarışdıran avtomobillə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Hadisə yerinə FHN-nin Kəlbəcər rayon yanğından mühafizə xidmətinin əməkdaşları gələrək sıxılı vəziyyətdə olan sürücünü aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.