Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihələrə imza atmışıq və bu əməkdaşlıq Gürcüstanın Avropa ilə əlaqələrini daha da möhkəmləndirəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
M.Boçorişvili Qara dənizin Avropa İttifaqı ilə əlaqələri gücləndirdiyini və Gürcüstan üçün bu sahədəki əməkdaşlığın vacib olduğunu bildirib.
O, həmçinin Gürcüstanın öz milli maraqlarını qorumağa davam edəcəyini və regiondakı digər ölkələrlə əməkdaşlığın inkişafını vacib hesab etdiyini vurğulayıb.