Çin Ayda zamanı ölçmək üçün inqilabi sistem hazırladı

Çin tədqiqatçıları gələcək Ay missiyaları üçün nəzərdə tutulan yeni xronometraj (vaxt ölçmə) sistemini təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Jalopnik" nəşri məlumat yayıb.

"Ay yarışı" çərçivəsində hazırlanan bu sistem uzunmüddətli missiyalarda saatların dəqiqliyini təmin edəcək dünyada ilk açıq proqram təminatı modelidir.

Alimlər bildirir ki, Ayda cazibə qüvvəsinin az olması səbəbindən zaman Yerə nisbətən gündə təxminən 58 mikrosaniyə daha sürətli axır. Bu fərq gələcək naviqasiya sistemlərinin (Ay GPS-i) və dəqiq eniş əməliyyatlarının həyata keçirilməsi üçün vahid vaxt standartının yaradılmasını zəruri edir.

1000 illik dəqiqlik Çinin "Bənövşəyi Dağ" Rəsədxanası tərəfindən hazırlanan və "LTE440" adlanan yeni modelin növbəti 1000 il ərzində nanosaniyə dəqiqliyi ilə işləyəcəyi iddia edilir.

Qeyd edək ki, hazırda NASA da özünün "Koordinasiya edilmiş Ay Vaxtı" standartı üzərində işləyir.