Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen sosial mediada bildirib k , ABŞ-ın Qrenlandiya üzərindən Aİ ölkələrinə tariflərinin tətbiqi transatlantik münasibətlərə xələl gətirəcək.
Teleqraf xəbər verir ki, AK prezidenti Avropanın suverenliyini qorumağa sadiq qalacağını deyib.
Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi. ABŞ lideri bu ölkələrin adaya qüvvələrini yerləşdirməyə başlamasından qəzəbləndiyini bildirib.
Ağ Ev bu gün Danimarka, İsveç, Norveç , Böyük Britaniya, Almaniya , Fransa , Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib. Bu tarif sonradan 25%-ə qədər artırıla bilər və Vaşinqton tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılaşma bağlanana qədər qüvvədə qalacaq.