ABŞ Prezidenti Donald Tramp Misir ilə Efiopiya arasında Hedasi (Renessans) bəndi ətrafında yaranmış gərginliklə bağlı vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə göndərdiyi məktubda Nil çayının suyunun bölüşdürülməsi məsələsinin ABŞ-ın vasitəçiliyi ilə ədalətli və uzunmüddətli həllinin mümkün olduğunu bildirib. O, Nil suyunun heç bir ölkə tərəfindən təkbaşına nəzarət altına alınmamalı olduğunu vurğulayaraq, Misir və Sudan üçün su təhlükəsizliyinin, eyni zamanda Efiopiyanın enerji istehsalı ehtiyaclarının nəzərə alınmasının vacibliyini qeyd edib.