Avstriyada qar uçqunu nəticəsində 5 nəfər ölüb

Avstriyanın Zalsburq şəhəri yaxınlığında 2 qar uçqunu baş verib.

AZƏRTAC xəbər verir ki, Alp dağlarında baş verən ilk uçqun 5 xizəkçidən dördünün ölümü ilə nəticələnib.

Eyni regionda bir neçə saat fərqlə baş verən digər uçqunda isə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

ORF televiziyasının xəbərin görə, bir neçə gün əvvəl Alp regionunda baş vermiş qar uçqunları Avstriyada 2, Fransada 6 nəfərin ölümünə səbəb olub.