Türkiyədə etiraz nümayişləri zamanı həbs olunan 102 nəfər barəsində qərar verilib.
Bu barədə Oxu.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, İstanbul 49-cu Asliye Cəza Məhkəməsi Saraçhane etirazlarına qatılan və həbs edilən 102 gəncin azadlığa buraxılmasına qərar verib.
Bundan əlavə, 25 təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qərarı da ləğv edilib.