Türkiyə sandıq başına gedir:  Seçki səyahəti başlayıb

Yerli seçkilərdə səs vermək üçün şəhərlərinə gedən vətəndaşlar onlayn bilet satışında aktivliyə səbəb olub.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, 31 Mart yerli seçkilər səbəbiylə ən sıx səyahət fəaliyyəti Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və Qara dəniz bölgələrinə müşahidə olunur.

SİİRT BİRİNCİ YERDƏDİR
Qeydiyyata alındıqları seçki dairələrindən uzaqda yaşayan vətəndaşların səs vermək üçün qayıtdıqları illərə baxdığımızda avtobus və təyyarə səfərlərində, əyalətlər üzrə ən böyük artım a Siirt, Ağrı, Batman Mardin, Muş, Qars, Giresun, Ordu, Rizə və Tokatdadır.
Keçən il ilə müqayisədə onlayn bilet satışlarının ən çox artdığı ilk 20 ilin bölgələrinə baxdığımızda Şərqi Anadolu bölgəsində 8 il, Qara dəniz Bölgəsində 6 il, Cənub-Şərqi Anadolu Bölgəsində 4 il və bir il İç Anadolu və Aralıq dənizi Bölgələrində olduğu görünür.
Qeyd edək ki, yerli seçkilərdə səs verəcək vətəndaşlar təyyarə biletlərini seçkiyə təxminən 2 həftə qalmış, avtobus biletlərini isə daha çox seçki həftəsində alırlar. Ən çox biletin satıldığı tarix 29 mart olub.