karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasında davam etdirən Kriştiano Ronaldo yeni lüks avtomobili ilə görüntülənib.
"Sherg.az" xəbər verir ki, Ronaldo Portuqaliya millisində vəzifəsinə getməzdən əvvəl yeni aldığı 2,5 milyon avroluq avtomobilini nümayiş etdirib.
Portuqaliyalı ulduz avtomobil kolleksiyasına Ferrari Daytona SP3 əlavə edib və Portuqaliya küçələrində gəzib.
Qeyd edək ki, Portuqaliyalı ulduzun yeni avtomobilindən cəmi 599 ədəd istehsal edilib. Ferrari-nin 340 km sürətə çata bilən yeni modeli 840 at gücünə malikdir.
O, həmçinin saatda 100 km sürəti 2,85 saniyəyə yığa bilir.