Meksikada 8 çinli mühacirin cəsədi sahilə çıxıb

ABŞ-a qeyri-qanuni yollarla daxil olmaq istəyən mühacirləri daşıyan qayığın Cümə günündə Meksika sahillərində batması nəticəsində itən 7-si qadın 8-i çinli olmaqla cansız cəsədləri Oaxaka əyalətinin San Fransisko del Mar qəsəbəsində sahilə çıxıb.
“Sherg.az” xəbər verir ki,  Oaxaca Prokurorluğundan verilən açıqlamada, mühacirləri daşıyan qayığın Qvatemala sərhədinə yaxın Chiapas əyalətinin Tapachula şəhərindən yola düşdüyü bildirilib.
Verilən məlumatda 1 Çin vətəndaşının sağ-salamat xilas edildiyi bildirilib. Prokurorluq hadisə ilə bağlı istintaq başladıldığını və şəxsiyyətin müəyyənləşdirilməsi mərhələsində Çin səfirliyi ilə birlikdə işlədiklərini söyləyib.
Qeyd edək ki, son illərdə Meksikadan ABŞ-a qeyri-qanuni yollarla daxil olan Çin vətəndaşlarının sayında artım olub.
 ABŞ hökumətinin məlumatlarına görə, 2023-cü ildə 37 mindən çox Çinli ölkəyə qeyri-qanuni yollarla girərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.