Analitik: Qərb yönümlü siyasətçi Ukraynada hakimiyyətə gələcək

“Ukrayna prezidentliyinə namizədliyimi növbəti dəfə irəli sürəcəyəm”.
APA-nın xəbərinə görə, bunu ölkənin keçmiş rəhbəri Petro Poroşenko “Al-Jazeera” telekanalına deyib.
Bununla belə o bildirib ki, müharibə şəraitində seçkinin keçirilməsi mümkünsüzdür:
“Bunun üçün əvvəlcə hərbi əməliyyatlar başa çatmalıdır. Səsvermənin tarixi məhz bundan sonra elan edilə bilər. Əgər ölkəmizi Avropa İttifaqına üzv qəbul etsələr, mən mütləq şəkildə Avroparlamentin üzvlüyünə namizəd olacağam”.
Petro Poroşenko ölkəsinin müharibədə məğlub olduğu ilə bağlı fikirləri rədd edib. O bildirib ki, Rusiya prezidentinin məqsədi Ukraynanı yer üzündən silməkdir:
“Müharibə ssenarisi əvvəlcədən bəlli olan filmə bənzəmir. Onun gedişatını və nəticəsini heç kim proqnozlaşdıra bilməz. Putinin nə Donbass, nə Krım, nə Zaporojye, nə də Xersona ehtiyacı var. O ölkəmizi məhv etmək istəyir”.

Poroşenkonun fikirinə münasibət bildirən siyasi şərhçi Eıçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, hazırda Ukraynada Prezdent seçkiləri gözlənilmir:

“Konstitusiyaya görə mart ayının sonlarına qədər Prezident seçkiləri keçirilməli idi. Ancaq ölkədə müharibənin davam etməsinə görə seçki baş tutmadı. Ukrayna Prezidenti olaraq Vladimir Zelenski öz fəaliyyətini davam etdirəcək. Vladimir Zelenskinin hakimiyyət dövrü çox güman ki, Ukrayna müharibəsinin sonuna qədər gedəcək. Savaşdan sonra isə nəyin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Çünki savaş sonrası devrimlər adətən müharibədən yeni çıxmış ölkələr üçün təlatümlü olur. Eyni zamanda siyasi baxışlar savaş öncəsi devrim baxışlarla kəskin ziddiyət təşkil edir. Petro Poroşenko əvvəlki dövrlərə yönəlik sutiasiyanı unutmadığına görə Prezidentliyə iddialar səsləndirir. Amma yaxın vaxtlarda Prezident seçkiləri keçirilmədiyi üçün Poroşenkonun hakimiyyətə gəlib-gəlməməsi mübahisəli məsələdir. Zelenski hökuməti Qərbin dəstəyini almış bir hakimiyyətdir. Ukraynada növbəti Prezdent seçkilərinin nəticələri də ABŞ və Qərbin maraqlarını ifadə edəcək. Yəni Ukraynada  Qərb yönümlü siyasətçi hakimiyyətə gələcək”.