Almaniyanın xarici işlər naziri Baerbok: İran təcrid olunub

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Parisə səfəri zamanı İranın İsrailə hücumunu dəyərləndirib.

Sherg.az xəbər verir ki, İran rejiminin bölgəni uçuruma gətirdiyini ifadə edən Baerbok, "İran təcrid vəziyyətinə düşüb" deyib.

"İsrail indi diplomatik vasitələrlə İranın hücumuna qarşı müdafiə qələbəsini təmin etməlidir" - Baerbok bildirib.

Almaniya kansleri Olaf Şolz isə deyib ki, gərginliyin artmasının qarşısını almaq üçün əllərindən gələni edəcəklər.

"İran bu yolu davam etdirməməlidir", - Şolz əlavə edib.