Rusiya çıxardığı sülməramlıları Ukraynaya göndərəcək? -ŞƏRH

Məlum olduğu kimi, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb.
Bu barədə "Bild" nəşrinin hərbi analitiki Yulian Röpke məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, bu kontingentin Ukrayna cəbhəsinə göndərilə biləcəyi ilə bağlı bəzi informasiyalar var:
"Kontingentin ümumi sayı təxminən 2000 min hərbi qulluqçudan ibarətdir. Rus sülhməramlılar onlarla yeni BTR-82A zirehli personal daşıyıcısı ilə silahlanıblar ki, bu da rusların zirehli texnikalarının kəskin çatışmazlığı olan cəbhədə faydalı olacaq".

Röpkenin fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında söyləyib ki, Rusiya Ukrayna müharibəsi dövrünün ən qızğın dönəmini keçirir:

“Ona görə də Rusiyanın əsgər çatışmazlığı mövcuddur. Eyni zamanda, hərbi-texniki baxımdan da Rusiya çətinlik çəkir. Belə olan halda Şimal qonşumuz Qarabağdan çıxardığı sülhməramlıları Ukrayna cəbhəsinə göndərə bilər. Amma bunun müharibənin taleyinə ciddi təsir edəcəyini düşünmürəm. Çünki müharibədi döyüşən hərbiçilərin ümumi sayı daxilində 2000 sülhməramlı təxminən 0.5 faiz təşkil edir. Bu isə kifayər qədər aşağı rəqəmdir”.