İranın məkrli niyyəti: Təbrizdə Ermənistan konsulluğu niyə açılır?

Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq.
Publika.az xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.
Xərclər smetası da təsdiq edilib. O cümlədən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-sı məbləğində təsdiq edilib.
Qeyd edək ki, İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı İran tərəfi ilə Baş Konsulluğun açılması ilə bağlı razılıq əldə olunub. 2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.

Mövzu ilə bağlı "Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton bildirib ki, İranla Ermənistan arasında konsulluğun açılmasına dail məsələ əvvəllər də gündəlikdə olub:

“Amma Qarabağ müharibəsi başa çatdıqdan sonra Tehran hakimiyyəti bu istiqamətdə bir sıra tələsik addımlar atdı. Tehran hakimiyyəti Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşmədən Qafanda İranın baş konsulluğunu açmaqla prespektivdə ziddiyətli işlər həyata keçirə biləcəyini göstərdi. Ötən il İranın xarici işlər naziriTəbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı anons verdi. Bu il isə Ermənistan buna razılığını bəyan etdi. İran Azərbayacan-Ermənistan arasında sərhədlərin müəyyləşməsini və münasibətlərin normallaşmasını həmişə qısqanclıqla qarşılayıb. Ermənistanın sözügedən məsələyə razılıq verməsi Təbrizdə Ermənistan konsulluğu vasitəsilə bir sıra hadisələrə nəzarət etmək məqsədi daşıyır”. 

Ekspert bildirib ki, Ermənistan sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atılmadığı üçün Təbrizdə konsulluğun açılmasından ehtiyat edirdi. Artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin prespektivdə yumşalacağını ehtimal edən rəsmi İrəvan bu yöndə addım atdı. Rəsmi İrəvan Azərbaycanla münasibətlərin yaxşılaşacağına ümid etdiyi üçün Təbrizdə konsulluğu açır. Ona görə də konsulluğun nə vaxt açılması ilə bağlı dəqiq tarix yoxdur. 
Ermənistanla İranın belə yaxınlaşması isə daha çox Tehranın İrəvana yarınmağa cəhd göstərməsidir. Müxtəlif məsələlərlə bağlı Ermənistan rəsmi qurumları fərqli açıqlamalar versə də, İran hakimiyyəti onu əngəlləyir. Məsələn, Zəngəzur yoluyla bağlı Ermənistan üçtərəfli bəyanata izma atıb. Amma Tehran hakimiyyəti bunu özünün qırmızı xətti sayır. Fikrimcə, Tehran hakimiyyəti Azərbayacan təzyiq etmək üçün rəsmi İrəvandan alət kimi, istifadə etməyə cəhd göstərir. Aprelin 24-də Tehranda ermənilərin saxta soyqırımı iddiası altında keçirilən yürüyüşdə vurğulanan Zəngəzur məsələsi də İran hakimiyyətinin ermənilərdən Azərbaycana və Türkiyəyə qarşə xəbis məqsədindən xəbər verir”.