Rusiyasız Ukrayna ilə bağlı istənilən danışıqlar dinc dialoqa gətirib çıxarmayacaq.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Başa düşə bilmirik ki, Rusiyanın iştirakı olmadan İsveçrədə hansı konfrans ciddi gözləntilərlə müzakirə oluna bilər”, - o bildirib.
Kreml nümayəndəsi xatırladıb ki, Moskvanın Ukrayna üzrə danışıqların mümkünlüyü ilə bağlı mövqeyi məlumdur.
Peskovun fikirlərinə münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Rusiya qarşıdurmanın əsas tərəfidir:
“Rusiya olmadan onun əvəzinə hansısa qərar almaq Şimal qonşumuzun məhv olmasına və ya Kapitulyasiyasına səbəb ola bilər . Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniyanın əvəzinə qərarlar verildi və iki yerə parçalanmasına gətirib çıxarıldı. Əgər Rusiya dağılsa, istənilən yerdə rəsmi Moskvanın əvəzinə həmin dövlətlər qərar ala bilərlər. Amma Rusiya bu gün tam olaraq ayaqdadır və daha da güclənir. İqtisadiyatını və hərbi sahəsini inkişaf etdirir. Belə bir halda Rusiyaya qarşı hansısa qərarın alınmasının və toplantının keçirilməsinin mənası yoxdur. Peskovun fikirləri tamamilə həqiqətləri əks etdirir. Qarşıdurmanın əsas tərəfi Rusiyanın fikri olmadan Ukrayna məsələsinin həllindən danışmaq qeyri-mümkündür”.