Gürcüstanın seçimi: Vaşinqon və Tbilisi arasında "iplər gərilir"

İndiki fonda ABŞ-la münasibətləri yenidən başlatmaq xüsusi səylər tələb edir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çolletlə söhbətindən sonra “X” platformasındakı paylaşımında qeyd edib.
“Mən cənab Çolletin diqqətinə çatdırdım ki, hazırkı fonda münasibətləri yenidən başlatmaq xüsusi səylər tələb edir ki bu da ədalətli və dürüst yanaşma olmadan mümkün deyil”.

İrakli Kopaxidzenin fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev “Sherg.az” vurğulayıb ki, Gürcustanın indiki hakimiyyətinin artıq seçimini etdiyini görürük: 


“Bu seçim isə Rusiya və Çindən yanadır. Məhz buna görə də Amerika Birləşmiş Ştatları və Gürcüstan münasibətləri gərginləşmək üzrədir. Artıq Amerika və Gürcüstan arasında iplər getdikcə daha da gərilir. ABŞ açıq şəkildə Gürcustanı təhdid etdi. Amerika Gürcüstanın atdığı addımların, xüsusilə də “Xarici agentlər haqqında” qanunun rəsmi Tbilisinin Avrpa İttifaqına, NATO-ya üzvlük məsələsində problem yaradacağını söylədi. Gürcüstanın Baş naziri isə ABŞ-nin münasibətləri davam etdirmək üçün yeni reallıqlarla hesablaşmalı olduğunu bildirdi. Yəni Amerika Gürcüstanın Şərq tərəfində olduğu reallığını nəzərə almalıdır”.