Tokayev də Pezeşkianı təbrik etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı İranın yeni Prezidenti Məsud Pezeşkiana məktub göndərərək, onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Tokayev Pezeşkiana ölkənin parlaq və firavan gələcəyini təmin etməyə yönəlmiş təşəbbüslərin həyata keçirilməsində uğurlar arzulayıb”, - məlumatda qeyd edilib.