"Bir neçə gün əvvəl mediamız "AMEA prezidentinə müşavirlər təyin olunub" başlıqlı xəbər yayımladı. Hörmətli jurnalistlərə və oxuculara bildirmək istəyirik ki, təyinat xəbəri yeni deyil və vəzifənin rəsmi adı "AMEA prezidentinin müşaviri" yox, "AMEA-nın müşaviri" adlanır".
Bunu Modern.az-a açıqlamasında tarixçi Nazim Xəlilov deyib.
O qeyd edib: "Dediklərimi AMEA-nın rəsmi saytı da təsdiq edir. Saytda "AMEA-nın müşavirləri" adlı bölmə mövcuddur. AMEA-nın müşaviri vəzifəsi əvvəllər də bir sıra xəbər saytlarında səhvən "AMEA prezidentinin müşaviri" kimi təqdim olunub. Akademiklərimizin təyinat tarixləri isə belədir: Telman Əliyev (2020), Yaqub Mahmudov (2021), Möhsün Nağısoylu (2021) və Adil Qəribov (2022)".