Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Hersoqovinada baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Nazirlik bu barədə X hesabında paylaşım edib.
"Bosniya və Hersoqovinanın Yablanika şəhərində torpaq sürüşməsi və daşqınların törətdiyi, çox sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir. Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir və Bosniya və Hersoqovina ilə həmrəy olduğumuzu bildiririk", - paylaşımda deyilir.